Röyanın klipindəki fransız aktyoru erməni filmində - FOTO

Hazırda oxunan: Röyanın klipindəki fransız aktyoru erməni filmində - FOTO

92503
Fransanın məşhur “Taksi”x9d filmində baş rol ifaçısı Sami Nəsri erməni kinorejissoru Qriqori Qarduşyanın filminə dəvət alıb.
 
Moderator.az newsru.com saytına istinad edərək bildirir ki, “Rok və yol”x9d filminin çəkilişləri Sankt-Peterburqun mərkəzində və “Lenfilm”x9din pavilyonlarında gerçəkləşəcək. Aktyor artıq Rusiyanın “ikinci paytaxtı”x9dndadır.
 
Rus qızı və onun atasını xilas edən bayker rolunda oynamaq xoşbəxtliyi Vensan Rasselə nəsib ola bilərdi. Amma onun brendə çevrilmiş “qəhrəman sevgili”x9d ampluası bu rolu almasına mane olub.
 
“Nəsri bu rola əla yaraşır. Arzum budur ki, bu filmdən sonra Saminin kino karyerasında ikinci “nəfəsi”x9d açılsın”x9d ”“ deyə rejissor bildirib.  
 
Filmin süjet xəttinə əsasən, “Ayı”x9d təxəllüslü Nəsri İngiltərədə təhsil alan rus qızına yardım etmək üçün onu motosikletdə Piterə gətirir.
 
“Mən motosiklet mövzusu ilə çoxdan tanışam. Fransada çoxlu bayker dostlarım var. Rusiyada işləmək və bu ölkə ilə yaxından tanış olmaq çoxdankı arzum idi. Ona görə də bu təklifi sevə-sevə qəbul etdim”x9d  ”“  deyə aktyor etiraf edib.
 
Erməni rejissor filmə məşhur Hollivud aktyoru Robert de Nironun da dəvət ediləcəyini istisna etmir.
 
Qeyd edək ki, müğənni Röyanın klipində də çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin