Bakı Slavyan Universitetnin məzunu, jurnalistikada yenicə fəaliyyətə başlayan Əbülfəz Kərimov son vaxtlar ortaya çıxıb meydan sulayan ara şairlərini şeirlə tənqid etmiş və əməkdar artist Elza Seyidcahanaxa0 söz atmışdı.xa0xa0
Moderator.az xəbər verir ki, bununla bağlı bəstəkar, əməkdar artist Elza Seyidcahan Modern.az-la öz fikirlərini bölüşüb.
Elza Seyidcahan saytımıza açıqlamasındaxa0 şeir yazan gənci alqışladığını bildirib:
“O gənci alqışlayıram.xa0 Şeir yazırlar, beyinləri açılır. Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar. Qoy məni oxuyub,xa0 Bəxtiyar kimi şairini qədrini bilsinlər. Pis olmasa, yaxşının qədrini bilməzlər. Məni görüblər, Bəxtiyar Vahabzadə onlara şirin gəlib. O gəncdən soruşsan ki, Bəxtiyardan bir misra şeir de, bəlkə də bilməyəcək. Elza yaradıcılığı kütləşmiş beyinləri, tutulmuş dilləri, kor olmuş gözləri açır”x9d.
Əməkdar artist “kifayət qədər şeir yazanlar var, niyə Elza Seyidcahanı hədəf alıblar”x9d sualımıza belə cavab verib:
“Demək maraqlıyam , şeirlərim oxunur ki, məni hədəf alıblar. Tələbələr, balaca uşaqlar, şairlər, yazıçılar- hər kəs Elzanın şeirindən xəbərdardırlar. Belə bir söz var: “Xəbərdaram işindən, qurtarmaram dişindən”x9d. Bu haqda heç zaman pis fikir deməmişəm, çünki onlar mənim oxucularımdır. Oxucularımın içində ağıllısı, dəlisi,xa0 paxılı, namərdi, mərdi də var.xa0 Əsas odur ki, onlar mənim oxucularımdır və mən heç zamanxa0 oxucularımı daşa basıb təhqir etməyəcəyəm.xa0 İnsan uğrun zirvəsinə çatanda ona qarşı paxıllarxa0 xa0çoxalmağa başlayır. Onlar bir addımlıq barıtdır, tez yanıb, tez də partlayırlar. Bu səbəbdən bunu normal qəbul edirəm. Ardımca gəlsinlər”x9d.



































































































