Hikmət Hacıyev Qrono ilə görüşdü: Azərbaycan-Aİ əməkdaşlığı müzakirə olundu – Foto

Hazırda oxunan: Hikmət Hacıyev Qrono ilə görüşdü: Azərbaycan-Aİ əməkdaşlığı müzakirə olundu – Foto

648084

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Bizim.Media xəbər verir ki, H.Hacıyev bu barədə rəsmi "X" hesabında paylaşım edib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığını, əməkdaşlığın inkişaf edən gündəliyini, eləcə də regionda və beynəlxalq aləmdə baş verən əsas prosesləri müzakirə edilib.

Prezidentin köməkçisi qeyd edib ki, görüş zamanı həmçinin enerji təhlükəsizliyi, bağlantılar və regional sabitlik də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
 

 

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin