Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib.
Əcnəbi turistləri daşıyan mikroavtobusda qəfil nasazlıq yaranıb və avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
Hadisə nəticəsində mikroavtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Şaiq Məmməd oğlu Qədirov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:14 / 16.11.2026
Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi
Hazırda oxunan: Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi
Hazırda oxunan: Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi
648060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































