Aktyor Cəfər Bayramov vəfat etdi

Hazırda oxunan: Aktyor Cəfər Bayramov vəfat etdi

648072

Ağdam Dövlət Dram Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Cəfər Nəriman oğlu Bayramov vəfat edib.

Bizim.Media xəbər verir ki, o, 63 yaşında dünyasını dəyişib. 
 

29 oktyabr 1963-cü ildə Ağdərə rayonunun Baş Güney kəndində anadan olan Cəfər Bayramov 1985–1987-ci illərdə M.Əzizbəyov adına Şuşa Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1988-ci ildən Ağdam Dövlət Dram Teatrında dram artisti kimi fəaliyyət göstərib. 


İlk səhnə işi Mirzağa Atəşin “Şərəfin sandığı” tamaşası olub. O, N.B.Vəzirovun “Ağa Kərim xan Ərdəbili”, S.İbrahimlinin “Sandığın toyu”, “Cənnət və Cəhənnəm”, Sevinc Elsəvərin “Ürəyində arzu tut”, A.İdrisoğlunun “Qoşulub qaçan qız” və digər tamaşalarda çıxış edib. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin