"Kişmiş" restoranındakı yanğın söndürüldü – Yenilənib - Video

Hazırda oxunan: "Kişmiş" restoranındakı yanğın söndürüldü – Yenilənib - Video

648007

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

*** 15:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə (Kişmiş restoranında) yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin