Ukrayna danışıqlarına Avropanın qatılması üçün şərt açıqlandı

Hazırda oxunan: Ukrayna danışıqlarına Avropanın qatılması üçün şərt açıqlandı

648065

“Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanmasına dair üçtərəfli danışıqlarda iştirakı onların hansı təklifləri irəli sürəcəyindən asılıdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakovun sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub:

“Növbəti raundun keçirilməsi nəzərdə tutulur, lakin tarix hələ razılaşdırılmayıb. Görüşün yenidən Əbu-Dabidə keçirilməsi mümkündür”.

O həmçinin bildirib ki, ABŞ-Rusiya-Ukrayna formatında danışıqların genişləndirilməsi məsələsi Rusiya ilə razılaşdırılmayıb.

“Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirakı məsələsi müzakirə olunur və hazırlıq işləri fəal şəkildə davam etdirilir. Bununla bağlı yekun qərarı Rusiya Prezidenti APEC sammitindən sonra verəcək”, - Uşakov əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin