Culfada 72 yaşlı qadını maşın vurdu

Hazırda oxunan: Culfada 72 yaşlı qadını maşın vurdu

648082

Culfa şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, qəza zamanı avtomobil 1954-cü il təvəllüdlü Xədicə Rəşad qızı Cəfərovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 72 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin