ABŞ onilliklərdən sonra ilk dəfə B94 adlı yeni nüvə aviasiya bombasının hazırlanmasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The War Zone” portalı ABŞ Senatının Təxsisatlar Komitəsinin izahat sənədinə istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, B94 bombasının hansı xüsusiyyətlərə malik olacağı hələlik məlum deyil. Layihənin həyata keçirilməsi üçün 77 milyon dollardan çox (təxminən 6,3 milyard rubl) vəsait ayrılıb.
Amerikalı analitik Ceffri Lyuis hesab edir ki, B94 termonüvə tipli B83 bombasını əvəz edə bilər. B83 bombası dərinlikdə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdu.
Bizim.Media


































































































