İngiltərə klubunda yeni baş məşqçi

Hazırda oxunan: İngiltərə klubunda yeni baş məşqçi

648050

"Kristal Pelas"ın yeni baş məşqçisi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Komandanı Danimarkalı mütəxəssis Tomas Frank çalışdıracaq.

London klubu 52 yaşlı məşqçi ilə razılığa gəlib. Frankın məşqçilər korpusunun formalaşdırılması ilə bağlı danışıqlar da yekunlaşmaq üzrədir.

Gözlənilir ki, “Brentford”un sabiq baş məşqçisi noyabrın 21-də “Koventri” ilə matçda “Kristal Pelas”a rəhbərlik edəcək.

Qeyd edək ki, “Kristal Pelas” ötən həftə Pyer Saçı baş məşqçi vəzifəsindən istefaya göndərib. Komanda İngiltərə Premyer Liqasında ilk 10 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin