Avropa Komissiyası Ukraynanın maliyyələşdirilməsi üçün Avropa İttifaqının ümumi büdcəsinin zəmanəti ilə 45 milyard avro kredit cəlb etməyi təklif edəcək.
Bizim.Media “Financial Times”a istinadən xəbər verir ki, Ukraynanın gələn il təxminən 70 milyard avro maliyyə çatışmazlığı ilə üzləşəcəyi gözlənilir.
Komissiya bu məbləğin üçdə ikisini qarşılamağı öhdəsinə götürüb.
Lakin Çexiya, Slovakiya, Macarıstan və Bolqarıstan Ukraynanın gələcək maliyyələşdirilməsində iştirak etməyəcəklərini bildiriblər. Bu isə yeni kreditin təsdiqini çətinləşdirir.
Məsələ noyabrın 26-27-də Brüsseldə keçiriləcək Aİ sammitində müzakirə olunacaq.
Bizim.Media

































































































