ABŞ riskli ölkələrə mikroçip ixracı qaydalarını sərtləşdirir

Hazırda oxunan: ABŞ riskli ölkələrə mikroçip ixracı qaydalarını sərtləşdirir

648062

ABŞ yüksək riskli hesab edilən ölkələrə mikroçip ixracı ilə bağlı yeni məhdudiyyətlər tətbiq edir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
 

Məlumata görə, Donald Tramp administrasiyası Çin şirkətlərinin xarici ölkələrdəki məlumat mərkəzləri vasitəsilə “Nvidia” şirkətinin qabaqcıl süni intellekt çiplərinə çıxış əldə etməsinə imkan verən boşluğu aradan qaldırmağa başlayıb.


Yeni məhdudiyyətlər Malayziya, Sinqapur, İndoneziya və Tailand da daxil olmaqla, risk səviyyəsi yüksək hesab edilən ölkələrə mikroçip ixracını əhatə edir.

Yeni qaydalar 90 gündən sonra qüvvəyə minəcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin