ABŞ Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” aviadaşıyıcı gəmisi Yaxın Şərqə çatıb. Bununla da ABŞ-nin regiondakı hərbi dəniz qruplaşmasında aviadaşıyan gəmilərin sayı üçə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, aviadaşıyıcı gəmi planlaşdırılmış yerləşdirmə çərçivəsində hazırda CENTCOM-un məsuliyyət zonasındadır.
Bu gündən etibarən Ərəbistan dənizindəki ABŞ hərbi dəniz qruplaşmasına üç aviadaşıyıcı gəmi, 13 esmines, iki kreyser və bir sahil zonası döyüş gəmisi daxildir.
Qeyd edək ki, bundan əvvəl “Axios” nəşri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasına hazırlığı yekunlaşdırdığını yazmışdı. Bununla belə, Vaşinqtondan hələlik yeni göstərişlərin daxil olmadığı bildirilirdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:37 / 17.11.2026
ABŞ-ın üçüncü aviadaşıyıcı gəmisi Yaxın Şərqdə
Hazırda oxunan: ABŞ-ın üçüncü aviadaşıyıcı gəmisi Yaxın Şərqdə
Hazırda oxunan: ABŞ-ın üçüncü aviadaşıyıcı gəmisi Yaxın Şərqdə
648094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































