Bu ölkələrdə "Telegram" bloklandı – Səbəb

Hazırda oxunan: Bu ölkələrdə "Telegram" bloklandı – Səbəb

648019

İordaniya hakimiyyəti "Telegram" mesajlaşma tətbiqinə girişi bloklayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb. 
 

"Rəqəmsal təhlükəsizliyin və istifadəçi müdafiəsinin gücləndirilməsi, eləcə də rəqəmsal platformalardan istifadə edən təhdidlərə və qanunsuz fəaliyyətlərə son qoyulması səylərinin bir hissəsi olaraq İordaniyada Telegram tətbiqinə giriş bloklanıb", - məlumatda qeyd olunub. 


Krallıq hakimiyyətinin fikrincə, platforma "ekstremizmin, fundamentalizmin və milli təhlükəsizliyə təhdid yaradan kibercinayətlərin yayılması üçün platforma təmin edir".

Həmçinin, İraq Media İdarəsi "milli təhlükəsizliyi qorumaq üçün" "Telegram" mesajlaşma tətbiqini bloklamaq qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin