“Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasa, regionumuzda tamamilə fərqli reallıqlar yarana bilər”.
Bizim.Media xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O vurğulayıb ki, uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsi həll olunub və Azərbaycan bu prosesdə strateji səbir, strateji liderlik nümayiş etdirib.
Lakin müharibəni qazandıqdan sonra sülhü də qazanmaq vacib məsələdir. Biz bu mübarizədə Prezident İlham Əliyevin strateji düşüncəsi və liderliyi ilə sülhə nail olduq.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı sonuncu məsələnin həllini gözləyir və bundan sonra yekun sülh sazişinin imzalanması reallığa çevriləcək.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:28 / 02.10.2026
Hikmət Hacıyev: “Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər”
Hazırda oxunan: Hikmət Hacıyev: “Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər”
Hazırda oxunan: Hikmət Hacıyev: “Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər”
639965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































