“Xaricdə təhsil üçün universitet seçəndə ilk öncə o universitetin dərəcə vermək hüququnun olub-olmadığına diqqət yetirmək lazımdır. Yəni, lisenziyası varmı, akkreditasiyadan keçibmi?”
Bizim.Media xəbər bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov "ASAN Radio"da bildirib.
Agentlik sədrinin sözlərinə görə, bəzən vətəndaşın ayağının universitetə dəymədiyi halda əlində diplom olduğu ortaya çıxır.
"Bu, yeni bir fırıldaqçılıqdır. Əyani təhsildə vətəndaş orada mütləq fiziki iştirak etməlidir. Bəzən universitet "narahat olmayın" deyir. Sonra biz həmin vətəndaşlarla görüşəndə məlum olur ki, o ölkədə cəmi bir neçə gün və ya bir ay qalıb. Universitet onu arxayın edib göndərib. Qiyabi təhsildə isə hər tədris ilində orada 3-4 həftəlik qalma müddəti olmalıdır".
Tural Əhmədovun bildirib ki, xaricdə təhsil alanların ixtisas təsnifatı, kreditlərin sayı da yoxlanılır. O qeyd edib ki, bəzən 240 kreditdən az kreditlə diplom verilməsi hallarına rast gəlinir ki, bu kvalifikasiyaların tanınması prosesində suallar doğurur.
Fəridə, Biizm.Media





























































































