Türkiyədə Azərbaycana qarşı informasiya hücumu - Milli Məclisin komissiyası bəyanat yaydı

Hazırda oxunan: Türkiyədə Azərbaycana qarşı informasiya hücumu - Milli Məclisin komissiyası bəyanat yaydı

638859

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib.

Qeyd olunub ki, monitorinqlər nəticəsində kampaniyanın Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf aldığı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarda dövlətə və dövlət institutlarına qarşı inamsızlıq, eləcə də cəmiyyətdə qütbləşmə yaratmağa yönəldiyi müəyyən edilib.

Açıqlamaya görə, kampaniya əlaqələndirilmiş şəkildə, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə həyata keçirilir.

Komissiya bildirib ki, kampaniyanın iştirakçıları ilə bağlı məlumatlar Azərbaycanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

Həmçinin Türkiyə qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratdığı qeyd olunub.

Komissiya Azərbaycan və Türkiyə vətəndaşlarını saxta informasiyalara inanmamağa və bu məsələdə diqqətli olmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin