Zəlzələdən 3 il sonra evdən çıxan şəxs yenidən evə qapandı - VİDEO

Hazırda oxunan: Zəlzələdən 3 il sonra evdən çıxan şəxs yenidən evə qapandı - VİDEO

638861

Türkiyədəki dağıdıcı zəlzələdən sonra üç il evdən çıxmaması ilə tanınan Barış Özbayla bağlı yeni məlumat yayılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ zamanı yaxınlarını itirən Özbay təhsilini yarımçıq qoyub və anası ilə yaşadığı evdən uzun müddət çıxmayıb.

Günlərinin böyük hissəsini telefon və kompüter qarşısında keçirən gənc şəxsi qulluğuna da laqeyd olub. Onun vəziyyətinin ictimailəşməsindən sonra Ailə və Sosial Xidmətlər Nazirliyinin əməkdaşları ailə ilə əlaqə saxlayıb. Bundan sonra Barış təxminən üç ildən sonra ilk dəfə evdən çıxıb, təraş olub və çimib.
 

Keçirilən tibbi müayinələrdən sonra ona dərman müalicəsi başlanılıb, həmçinin psixoloji dəstək göstərilməsi üçün tədbirlər görülüb. Müalicədən sonra Barışın həyatında müsbət dəyişikliklər müşahidə olunub. O, dostunun nişan mərasimində iştirak edib. 25-ci doğum günündə isə yaxınlarının təşkil etdiyi sürpriz tədbirə qatılaraq sevdikləri ilə vaxt keçirib və türkü oxuyub.


Lakin son açıqlamasında Özbay müalicənin gözlənilən şəkildə davam etmədiyini bildirib. Gənc üç aylıq müalicədən sonra ona təyin edilən dərmanları qəbul etməyi dayandırdığını və əvvəlki həyat tərzinə qayıtdığını deyib:

“Mən onsuz da hər şeyin fərqindəyəm və necə düzələ biləcəyimi bilirəm, amma bunu istəmirəm. Dərmanları qəbul etməyə davam etsəm, sağalardım, amma istəmirəm. Həyatım mükəmməldir, xoşbəxtəm”.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə 7.7 və 7.6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin