İtaliyanın Pezaro şəhərində akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilib.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən qadın qrupu uğurlu nəticə göstərib.
Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.580 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medal qazanıblar.
Beləliklə, Azərbaycan gimnastları dünya çempionu tituluna yiyələniblər.
Kişilər arasında mübarizədə isə Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28.950 xal toplayaraq bürünc medal əldə ediblər.

Bizim.Media

- A-
- A
- A+
İdman
22:27 / 26.09.2026
Azərbaycanın qadın gimnastları dünya çempionu oldular - FOTO
Hazırda oxunan: Azərbaycanın qadın gimnastları dünya çempionu oldular - FOTO
Hazırda oxunan: Azərbaycanın qadın gimnastları dünya çempionu oldular - FOTO
638946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































