Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Müəyyən edilib ki, o, bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1 728 manat, digər şəxsdən isə istirahət kompleksində ev və "golfcar"la təmin edəcəyi adı ilə 3 400 manat alıb.
E.Vəliyev, həmçinin dəyəri 19 min manat olan "golfcar" nəqliyyat vasitəsinin ödənişini sonradan edəcəyi vədi ilə əldə edərək sahibinin razılığı olmadan 8 min manata başqa şəxsə satıb.
Aparılan araşdırmalarla onun mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən fotomontaj edilərək hazırlanan şəkillər də aşkarlanıb. Müəyyən edilib ki, E.Vəliyev bu şəkillərdən istifadə etməklə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib və bu üsulla zərərçəkənlərin etimadını qazanıb.
E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 26.09.2026
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
Hazırda oxunan: Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
Hazırda oxunan: Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
638890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































