Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir.
Bizim.Media xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində keçirilən paneldə bildirib.
O vurğulayıb ki, hazırda qlobal miqyasda bir çox ölkələr məlumat mərkəzlərinin qurulmasını hədəfləsələr də, ciddi enerji çatışmazlığı ilə üzləşirlər:
"Enerji resursları ilə zəngin olan Azərbaycan indi süni intellektin əsas elementini - məlumat mərkəzləri (data center) üçün elektrik enerjisini təmin edən ölkəyə çevrilir".
4SİM rəhbərinin sözlərinə görə, beynəlxalq təhlillər süni intellektin beş əsas sütun üzərində bərqərar olduğunu göstərir:
"Buraya elektrik enerjisi və kritik infrastrukturlar, məlumatlar (data) və modellər, AI alətlərinin müxtəlif təşkilatlarda tətbiqi və uyğunlaşdırılması, həmçinin istedad, təhsil və idarəetmə daxildir. İnsan istedadı və kapitalı olmadan hər hansı nəzəri ideyanı, strategiyanı və siyasəti fəaliyyətə çevirmək mümkünsüzdür".
F.Cəfərov əlavə edib ki, hazırda bu istiqamətdə bir neçə əsas sənəd hazırlanıb, strategiyalar qəbul edilib:
"Azərbaycanın 2030-cu ilə qədər olan əsas prioritetlərindən biri neft kapitalını insan kapitalına çevirməkdir. Bu, ən vacib məqamlardan biridir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:03 / 26.09.2026
Fariz Cəfərov: "AI üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilirik"
Hazırda oxunan: Fariz Cəfərov: "AI üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilirik"
Hazırda oxunan: Fariz Cəfərov: "AI üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilirik"
638868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































