Meyiti Qusarda meşəlikdə tapılan qadının ölüm səbəbi ilə bağlı MƏLUMAT

Hazırda oxunan: Meyiti Qusarda meşəlikdə tapılan qadının ölüm səbəbi ilə bağlı MƏLUMAT

638888

Bakıda Masallı sakini qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, Bakıda qətlə yetirilən, əslən Masallı rayonunun Göyəçöl kəndindən olan 50 yaşlı Səadət Həsənovanın qarət məqsədilə öldürüldüyü bildirilir.

Bu barədə mərhumun qardaşı Rasim Babayev məlumat verib.

Onun sözlərinə görə, Səadət Həsənova qətlə yetirilərkən üzərində olan bəzi qızıl-zinət əşyalarının sonradan yoxa çıxması hadisənin qarət məqsədilə törədildiyini deməyə əsas verir.

Hadisəni törətməkdə şübhəli bilinən Qusar rayonunun Əvəncuq kənd sakini Kamran Seyidov artıq şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Məlumata görə, Kamran Seyidov Səadət Həsənovanı qətlə yetirdikdən sonra onun meyitini avtomobilə qoyaraq Qusar rayonunda meşəlik ərazidə, göl kənarına apararaq atıb. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin