Bakıda paltarlarını özü yuyan kişi həyat yoldaşını döyüb.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Əfrail Rzayev (soyad şərtidir - red.) həyat yoldaşı ilə aralarında tez-tez mübahisə yarandığından bir evdə ayrı yaşamağa başlayıblar. Kişi yeməyini özü bişirib, paltarlarını da özü yuyurmuş.
Bir müddət əvvəl cütlüyün qızı taksi ilə onlara qonaq gəlib və anasının yaşadığı otağa daxil olub. Əfrail qızının axşam vaxtı taksi ilə gəlməsinə irad bildirib. Bu vaxt həyat yoldaşı onun qarşısına çıxaraq mübahisə edib. Qalmaqal zamanı ər həyat yoldaşına yumruq və təpiklə zərbələr endirib.
Hadisə yerinə polis əməkdaşları gəlib və Ə.Rzayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Bizim.Media
































































































