Ermənistanın hərbçilərimizi əsir saxlamaqda əsas məqsədi nədir? - VİDEO

Hazırda oxunan: Ermənistanın hərbçilərimizi əsir saxlamaqda əsas məqsədi nədir? - VİDEO

627182

“Ermənistan yaxşı bilir ki, əsir saxladığı azərbaycanlı hərbçiləri azadlığa buraxmalıdır. Əks təqdirdə heç bir sülhdən söhbət belə gedə bilməz”. 

Bunu Baku TV-yə verdiyi müsahibəsində gürcü politoloq, ekspert Quram Marxuliya deyib.

“Ermənistanın əsir saxladığı hərbçilər pis hava şəraiti ilə əlaqədar yollarını azdıqları üçün bilmədən qarşı tərəfə keçiblər. Buna görə də həmin hərbçilər dərhal azadlığa buraxılmalıdırlar”, - deyə o əlavə edib.

Aciz ermənilərin bu cür qeyri-insani hərəkətlərlə “güc”lərini göstərmək istədiklərini diqqətə çatdıran Quram Marxuliya onların bu hərəkətlərinin Ermənistan üçün çox pis nəticələnəcəyini bildirib:

“Çox güman ki, ermənilər azərbaycanlı əsgərləri əsir saxlamaqla danışıqlar zamanı onların qaytarılması üçün müəyyən tələblər irəli sürməyi düşünürlər. Lakin onlar dərk etmirlər ki, Azərbaycan istəsə, 20 erməni hərbçisini əsir götürər. O zaman nə edəcəklər? Ermənistan hakimiyyəti sülh müqaviləsini imzalamalıdır. Yoxsa bu dövlətin sonu heç də yaxşı olmayacaq”.

Ətraflı Baku Tv-nin videosunu təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin