Rozali Boyl: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir - VİDEO

Hazırda oxunan: Rozali Boyl: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir - VİDEO

613656

Biz bu gün ətraf mühit sahəsində qlobal miqyasda bir çox çətinliklərlə - iqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi ilə üz-üzəyik.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Beynəlxalq Davamlı İnkişaf İnstitutunun video prodüseri Rozali Boyl bildirib.

O qeyd edib ki, sürətlə böyüyən şəhərlərdə insanlar arasında əlçatanlıq düzgün bölünməyib.
 

“Ehtiyacı olan bütün insanları şəhərlərdə yerləşdirmək üçün kifayət qədər yer yoxdur. Beləliklə, bu sessiya, yəni Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) liderlərin və mütəxəssislərin bir araya gələrək, fikir mübadiləsi aparmaq, boşluqların harada olduğunu müzakirə etmək baxımından gözəl fürsətdir. Burada məqsəd ondan ibarətdir ki, daha çox insan bu gün ehtiyac duyduğu adekvat mənzili əldə etsin, çünki bu hər bir insanın hüququdur”,- deyə o bildirib.


O əlavə edib ki, hər kəs təhlükəsiz və dayanıqlı yaşayış məskəninə layiqdir: “Belə olan halda şəhərlərimizi və şəhər ərazilərimizi daha davamlı və dayanıqlı edə bilərik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin