MSK sədrinin yeni müavin və katibləri -ADLAR

Hazırda oxunan: MSK sədrinin yeni müavin və katibləri -ADLAR

609687

Rövzət Qasımov yenidən MSK sədrinin müavini seçilib.

Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclasının gündəliyinə təşkilati məsələlər; MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsi məsələsi daxil edilib.

Rövzət Qasımov Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edir.

Bundan başqa, katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimov seçiliblər.

Mikayıl Rəhimov Milli Məclisdə deputatları azlıq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Ədalət, Hüquq və Demokratiya Partiyası), Arifə Muxtarova isə Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin