Ermənistan XİN başçısı Brüsselə səfər edəcək

Hazırda oxunan: Ermənistan XİN başçısı Brüsselə səfər edəcək

588475

Yanvarın 23-25-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək.

Moderator.Az xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü "Facebook"da paylaşım edib.

Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı barədə Avropa Parlamenti üzvlərinin suallarını cavablandıracaq.

Ararat Mirzoyan Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə də görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin