ABŞ da, Türkiyə də demokratiya yolunda geriləyib - Araşdırma

Hazırda oxunan: ABŞ da, Türkiyə də demokratiya yolunda geriləyib - Araşdırma

243138
Moderator.az xarici mətbuata istinadən bildirir ki, 2011-ci ildən bəri Alman Bertelsmann Vakfı tərəfindən demokratik dəyərləri olan ölkələrdə demokratiyanın səviyyəsi barədə araşdırma aparılıb.xa0

İqtisadi İşbirliyi və İnkişaf Təşkilatı ilə Avropa Birliyinə üzv 41 ölkənin dəyərləndirildiyi araşdırma, hüquq dövlət standartlarının olduğu sənaye ölkələrində də demokratiyanın əhəmiyyətli dərəcədə pisləşdiyini ortaya qoyub.xa0

Dünyadaxa0 demokratiya keyfiyyətinin aşağı düşməsi bir çox Qərb ölkələrində qeyd olunub. Demokratiyanın reytinq cədvəlinə İsveç başçılıq edir. Sıralamada daha sonar Finlandiya, Norveç, və Danimarka gəlir. Almaniya beşincidir.xa0

Əvvəllər demokratiya dəyərlərinin artdığı bəzi ölkələrdə geriləmə müşahidə olunub. Türkiyə, Macarıstan, Meksika kimi ölkələrdə demokratiya dəyərləri sürətlə aşağı düşür. Ümumiyyətlə Türkiyə 41 ölkə arasında sonuncu yeri tutur.

Qəribə bir tendensiya da araşdırmada yer alıb. Türkiyə, Polşa, Macarıstan kimi ölkələrdə demokratiya aşağı düşdükcə hökümətə etibar artdığı müşahidə olunub. Araşdırmanı aparanlar bu qənaətə gəlirlər ki, bəzi ölkələrdə təməl demokratik dəyərlərin yetərincə olmaması səbəbindən bu cür proseslər baş verir.
xa0ABŞ-daxa0 da demokratiya dəyərlərinin Trampın prezidentlik dövründə xeyli gerilədiyi də qeyd olunur. Bu xüsusi ilə Trampın mətbuata “düşmən” gözü ilə baxması, medianın müstəqil olmasını təqdir etməyən birinin idarəçiliyinin “utancverici” olduğu və təhlükə yaratdığı qeyd olunub.
Azərbaycan araşdırılan ölkələr sırasında deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin