İstanbulun Maltepe rayonunda yeddimərtəbəli binanın aşağı üç mərtəbəsinin uçmasından sonra şəhərdə öz-özünə uçma təhlükəsi ilə üz-üzə qalan binaların sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məlumatına görə, şəhərdə hər hansı zəlzələ olmasa belə, hər an çökmə təhlükəsi olan 1238 bina mövcuddur.
Təhlükəli binalar əsasən Avcılar, Zeytinburnu, Bağcılar və Bahçelievler rayonlarında cəmləşib.
2023-cü il Kahramanmaraş zəlzələlərindən sonra İBB-nin sürətli yoxlama testlərinə maraq kəskin artmışdı. İndiyədək təxminən 170 min müraciət daxil olub, 40 min bina yoxlanılıb və 1999-cu ildən əvvəl tikilmiş 18,800 binanın yüksək riskli olduğu müəyyənləşdirilib.
Bu layihə sayəsində təxminən 100 min sakin təhlükəsiz mənzillərə köçürülüb.
İBB-nin sürətli yoxlama testi binanın beton və polad keyfiyyətini, eləcə də ilkin layihəyə uyğun tikilib-tikilmədiyini proqram təminatı vasitəsilə qiymətləndirərək ilkin rəy verir.


Bizim.Media

- A-
- A
- A+
Region
13:45 / 08.10.2026
XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO
Hazırda oxunan: XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO
Hazırda oxunan: XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO
641097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































