Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Hazırda oxunan: Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

641119

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bildirib ki, ölkənin müdafiə sahəsində elmi-tədqiqat və inkişaf investisiyaları 100 milyard dolları ötüb.

Bizim.Media xəbər verir ki, Şimşek İstanbul İqtisadi Forumunda çıxışı zamanı Türkiyənin regional münaqişələrdən uzaq qalmağa çalışdığını və eyni zamanda sülhə sərmayə qoyduğunu deyib.

O, 2027-ci ildə ölkənin müdafiə büdcəsinin 229 faiz artacağını bildirib.

Nazir həmçinin Türkiyənin enerji təhlükəsizliyi, regional bağlantılar, yaşıl transformasiya və texnologiya sahələrinə investisiyaları artırdığını qeyd edib.

Şimşekin sözlərinə görə, Türkiyədə bərpa olunan enerji mənbələri hazırda elektrik enerjisi istehsalının təxminən 60 faizini təşkil edir.

Ölkə həmçinin 5G+ infrastrukturunu genişləndirir və iri məlumat mərkəzlərinə investisiya cəlb etməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin