Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

Hazırda oxunan: Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

641062

Rusiya prezidenti Vladimir Putinin son fotolarında onun biləyində İmperator Peterhof Fabrikinin (İPF) xüsusi sifarişi ilə hazırlanmış saatı görmək mümkündür. Rusiya dövlət başçısı bu modeli İsveçrənin Blancpain və IWC saatlarının əvəzinə taxır.

Bizim.Media xəbər verir ki, bu barədə “news.telegraf.com.ua” saytı yazıb.

Saat təmkinli görünüşə malikdir: mat qara siferblat, sadə ərəb rəqəmləri və klassik hərbi üslub.

Saatda tarix göstəricisi və bahalı modellər üçün xarakterik dekor yoxdur, buna görə aksesuar xarici görünüşcə praktik hərbi saatları xatırladır.

Eyni zamanda mexanizmin detalları diqqət çəkir. Onun üzərində I Pyotrun hakimiyyəti dövrünə aid 1721-ci ilə istinad edən İPF möhürü var. Putin öz çıxışlarında mütəmadi olaraq I Pyotrın şəxsiyyətinə müraciət edir.

Putin əvvəllər dəfələrlə qiyməti on minlərlə dollara çatan ayrı-ayrı modelləri olan bahalı İsveçrə saatları ilə ictimaiyyət qarşısına çıxıb.

Hazırkı aksessuar Rusiya mənşəlidir ki, bu da idxalın əvəzlənməsi ilə bağlı ritorikaya uyğundur. Bununla belə, onu adi və əlçatan saat adlandırmaq olmaz: bu, xüsusi seriyadır və onun qiyməti mağazalardakı standart modellərin qiymətindən əhəmiyyətli dərəcədə yüksəkdir.

Saatlar uzun müddətdir Putinin ictimai obrazının nəzərəçarpan hissəsidir.

O, mütəmadi olaraq bahalı modellərlə ictimaiyyət qarşısına çıxıb, bəzilərini isə hətta əlindən çıxararaq tədbirlər zamanı fəhlələrə hədiyyə edib. Buna görə diqqəti cəlb edən təkcə aksessuarın özü deyil, həm də onun vasitəsilə nümayiş etdirilən obrazdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin