Jirinovskinin qızı atasının gerçəkləşən dörd proqnozunu açıqladı

Hazırda oxunan: Jirinovskinin qızı atasının gerçəkləşən dörd proqnozunu açıqladı

641094

LDPR-in banisi Vladimir Jirinovskinin qızı Anastasiya Boçan-Xarçenko oktyabrın 8-də atasının ən dəqiq çıxan dörd proqnozunu sadalayıb.

Bizim.Media "İzvestiya"ya istinadən xəbər verir ki, o, Rusiyanın Şərq və Qlobal Cənub ölkələri ilə əməkdaşlığının inkişafını, NATO-nun postsovet məkanındakı hərəkətlərini, Rusiya-Ukrayna münaqişəsini və Rusiyanı təcrid etmək cəhdlərini önə çəkib.

 

"Atam həmin dövrdə ölkə rəhbərliyinin yalnız Qərbə yönəlmiş xarici siyasət kursunun səhv olduğunu deyirdi. O, bütün tribunalardan Şərq və Cənubda hərbi müttəfiqlər və iqtisadi tərəfdaşlar axtarmağa çağırırdı", - deyə o, TASS-a müsahibəsində bildirib.

 

Boçan-Xarçenkonun sözlərinə görə, Jirinovski həmçinin NATO-nun Baltikyanı ölkələr, Qafqaz, Mərkəzi Asiya və Moldova vasitəsilə Rusiyaya qarşı mümkün hərbi əməliyyatları barədə xəbərdarlıq edirdi.

Bundan əlavə, LDPR-in banisinin qızının iddiasına görə, Rusiya-Ukrayna münaqişəsinin Yuqoslaviya ssenarisi üzrə inkişaf edəcəyini proqnozlaşdırır və Ukrayna ilə həmsərhəd olan Rusiya regionlarında, xüsusən də Belqorod və Kursk vilayətlərində mümkün döyüş əməliyyatları barədə xəbərdarlıq edirdi.
 

Boçan-Xarçenko Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdlərini də gerçəkləşən digər proqnoz adlandırıb. Xüsusən də söhbət rus dilinə qarşı siyasətdən, rusiyalı idmançılara məhdudiyyətlərdən və beynəlxalq diplomatik əlaqələrin azaldılmasından gedirdi.


Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28-də bildirib ki, xüsusilə müasir şəraitdə partiyaya və ölkəyə Jirinovski çatışmır. Dövlət başçısı həmçinin siyasətçinin ölümündən təəssüf keçirdiyini bildirib.

Parlament partiyalarının rəhbərləri ilə görüşü zamanı LDPR sədri Leonid Slutski Jirinovskini xatırlayıb.

O qeyd edib ki, keçmiş Dövlət Dumasına seçkilər partiya üçün onun banisi olmadan keçirilən ilk seçkilər olub. Putin cavabında Jirinovskinin həqiqətən də çatışmadığını təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin