Məlum olduğu kimi, son dövrlər Ermənistanın bəzi dairələri sülh prosesinə xidmət etməyən addımlar atırlar. Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə Azərbaycanda mühakimə olunmuş şəxslərlə bağlı spekulyasiyalar da bu qəbildəndir. Ermənistanın BMT yanında daimi nümayəndəsinin 2026-cı il oktyabrın 2-də BMT Baş Assambleyasının Üçüncü Komitəsində bu məsələni qaldırması bütün bu proseslərin arxasında Ermənistan hökumətinin özünün dayandığını göstərir.
Bizim.Media xəbər verir ki, oktyabrın 7-də ATƏT Parlament Assambleyasının Andorrada keçirilən payız sessiyasında Ermənistan nümayəndə heyətinin üzvü, bu ölkə parlamentinin İnsan Hüquqları Daimi Komissiyasının sədri Lilit Qalstyan da təxribat xarakterli çıxışında bu məsələyə toxunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasının sülh, barışıq və ədalətin təmin edilməsi üçün zəruri olduğunu vurğulayıb.
O, həmin şəxslərlə bağlı Ermənistan tərəfindən irəli sürülən iddiaların faktiki olaraq bu cinayətlərə haqq qazandırmaq anlamına gəldiyini və sülh prosesinə xidmət etmədiyini bildirib.
Qaya Məmmədov Ermənistan parlamentinin İnsan Hüquqları Daimi Komissiyasının sədri vəzifəsini tutan şəxsin müharibə cinayətlərinə haqq qazandırmasını və etnik zəmində ayrı-seçkiliyə yol verməsini tənqid edib. O, Lilit Qalstyanı Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququnun təmin edilməsi və itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirilməsi kimi real insan hüquqları məsələləri ilə məşğul olmağa çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:28 / 08.10.2026
Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO
Hazırda oxunan: Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO
Hazırda oxunan: Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO
641106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































