Bakının bu ərazisində yol bağlanacaq – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bakının bu ərazisində yol bağlanacaq – XƏBƏRDARLIQ

641073

Sabunçu rayonunda təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya bildirilib ki, bu gün saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən yolda sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin