Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Hazırda oxunan: Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

641087

2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib.

Bizim.Media xəbər verir ki, "Report.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 4 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 239 dəfə çoxdur.

Hesabat dövründə istehsal edilən avtobusların 249-u Bakının, 228-i isə Hacıqabulun payına düşüb.

Ötən il ölkədə ümumilikdə 4 min 973 ədəd avtomobil (1 il əvvələ nisbətən 27 % az, son beş ildə - 2,3 dəfə çox), o cümlədən 4 min 38 ədəd minik (33 % az və 2,1 dəfə çox), 458 ədəd yük avtomobili (34 % az və +2,3 dəfə çox) istehsal edilib.

Hesabat dövründə Azərbaycanda həm də 14 ədəd qoşqu və yarımqoşqu istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 30 %, son beş ildə - 26 % azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin