İran Prezidenti Məsud Pezeşkian bazar ertəsi günü bildirib ki, ABŞ ilə hərbi gərginlik fonunda ölkənin birliyə, kollektiv qərar qəbul etməyə və bütün dövlət qurumları arasında koordinasiyaya ehtiyacı var.
Bizim.Media xəbər verir ki, Pezeşkianın bəyanatını ISNA xəbər agentliyi yayıb. O bildirib ki, hökumət ədalətsiz strukturlarda islahat aparmaq və xalqa xidmətə davam etmək üçün bütün mövcud imkanlardan istifadə edəcək.
“Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır. İranın düşmənləri ölkənin tərəqqi yolunu müxtəlif yollarla bağlamağa çalışırlar”, - Pezeşkian əlavə edib.
İran Prezidenti ötən ay Pakistanın vasitəçiliyi ilə Vaşinqtonla imzalanan anlaşma memorandumuna dair Tehranın həmin sənədin 14 bəndindən heç birində öz hüquqlarından, prinsiplərindən, milli maraqlarından və ya inanclarından geri çəkilmədiyini bildirib.
“Tehran ölkənin maraqlarına zidd olan heç bir güzəştə getməyib. Nəticələrin əksəriyyəti İranın xeyrinə olub. Memorandumda ABŞ tərəfi üçün birtərəfli fayda yaradan heç bir müddəa tapılmayıb”, - İran Prezidenti deyib.
Bizim.Media

- A-
- A
- A+
Region
18:22 / 20.07.2026
Pezeşkian ölkəni daxili birliyə ÇAĞIRDI
Hazırda oxunan: Pezeşkian ölkəni daxili birliyə ÇAĞIRDI
Hazırda oxunan: Pezeşkian ölkəni daxili birliyə ÇAĞIRDI
626441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































