Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, Muratsan küçəsində baş verən atışma zamanı 30-dan çox atəş açılıb.
Hadisə nəticəsində 1 nəfər həlak olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə yerində, həmçinin partlamamış əl qumbarasının aşkar edildiyi bildirilir.
Ermənistan İstintaq Komitəsi insidentlə bağlı başlanmış cinayət işi çərçivəsində bir nəfərin saxlanıldığını açıqlayıb.
Bildirilib ki, fakt üzrə qəsdən adamöldürmə, adamöldürməyə cəhd və qanunsuz odlu silah dövriyyəsi maddələri ilə araşdırma aparılır. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.
Bizim.Media







































































































