Moskvada Qırmızı Meydanda ənənəvi Qələbə paradı başlayıb.
Bizim.Media xəbər verir ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə bir neçə xarici ölkə lideri iştirak edir.
Bu il parad hərbi texnika olmadan təşkil edilib. Piyada kolonunun tərkibində Rusiya ordusunun ali hərbi təhsil müəssisələrinin hərbçiləri və ayrı-ayrı qoşun növlərinin nümayəndələri iştirak edəcəklər.
Paradın aviasiya hissəsi zamanı isə Qırmızı Meydanın üzərindən Rusiyanın aviasiya qruplarına məxsus təyyarələr uçacaq.
Bizim.Media



































































































