“Ermənistan nə Azərbaycana, nə də Türkiyəyə rəqib ola bilməz”x9d

Hazırda oxunan: “Ermənistan nə Azərbaycana, nə də Türkiyəyə rəqib ola bilməz”x9d

74364
Moderator.az millət vəkili Rövşən Rzayevin azadinform-a müsahibəsini təqdim edir:
 
- Rövşən bəy, məlum olduğu kimi, AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı dinləmələr olmayacaq. Bu təşkilatın ölkəmizə qarşı etdiyi qərəzli siyasət də hər kəsə məlumdur. Sizcə, belə olan halda onlardan ədalətli nə isə gözləmək olarmı?
 
- Təbii ki, olar... Azərbaycana qarşı Avropa qurumlarından bir çox halda ikili standartlara yol verilir. Belə ki, ədalətsiz mövqedə olan qurumlar da mövcuddur. Bunların hamısının da kökündə təbii ki, erməni lobbisinin fəaliyyəti dayanır. Onların təəssübkeşləri, onlara dəstək olan ayrı-ayrı millət vəkilləri, qurumlar bunu edir. Nəticədə isə biz bu problemi yaşayırıq. Amma, Azərbaycanın siyasəti, diplomatiyası elə yüksək səviyyədədir ki, ən ciddi qərarlar istənilən halda, Azərbaycanın xeyrinə olur. Baxmayaraq ki, bu cür təzyiqlər var, amma ciddi məqamlarda Azərbaycanı dəstəkləyirlər. Belə ki, bir neçə il bundan öncə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Bir çox dövlətlər haqqı, ədaləti dəstəkləmişdi. Bu ən yüksək uğurlardan biri idi. AŞ PA-ya gəldikdə isə doğrudur, böyük təzyiqlər var. Mənfi yanaşmalar da mövcuddur, ikili standartlara daha çox yer verilir, amma qərarlara baxsaq biz görərik ki, hələ 2001-ci ildən Azərbaycan AŞ PA-ya üzv seçiləndə, o vaxtdan bu yana onlar tərəfindən ədalətli qərarlar qəbul olunub. Həm 2005-ci ildə, həm də ondan sonrakı illərdə, həm də son dövrlərdə hər iki məruzəçinin təyin olunması bu onu göstərir ki, Azərbaycanın siyasəti, diplomatiyası kifayət qədər uğurludur və ciddi qərarlar Azərbaycanın xeyrinə çıxır. Bu işlərin başında ölkə prezidentinin adı, nüfuzu  və apardığı siyasət dayanır.
 
- May ayında Dağlıq-Qarabağda “parlament seçkiləri”x9d keçiriləcək. Bununla bağlı isə Argentina, Mexiko, ABŞ-dan siyasi müşahidəçilər gələcək. Sizcə bu beynəlxalq hüquqa nə dərəcədə uyğundur?
 
- Bu tamamilə qanundan kənar bir seçkidir. Bu seçki haqqında heç bir düşüncə etməyə ehtiyac yoxdur. Bunlar hamısı bu günkü günün reallığıdır. Lakin Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra bu cür problemləri biz görməyəcəyik. Mən buna tam əminəm. O ki, qaldı seçkilərə müşahidəçilərin gəlməsinə, bunların heç biri dövlət tərəfindən göndərilən millət vəkilləri deyil. Onların hamısı öz təşəbbüsləri ilə, müəyyən maraqlar çərçivəsində bunu edə bilirlər. 
 
- Bilirik ki, qatı düşmənimiz hər zaman ölkəmizə qarşı çirkin kampaniya yürüdür. “Vikipediya”x9dda qeyd edilib ki, guya ki, Naxçıvan Ermənistanındır. Bununla bağlı alternativ yol kimi nə etmək lazımdır?
 
- Bununla bağlı heç bir şey etməyə ehtiyac yoxdur. Nəinki Naxçıvan, İrəvanın özü Ermənistanın bu günkü mövcud əraziləri, bir dövlət kimi Azərbaycanın tarixi torpaqlarıdır. Belə yerdə düşünmək ki, Naxçıvan ermənilərindir və yaxud hansısa başqa bir torpaq ermənilərindir, bunların hamısı erməni tarixinin saxtalaşdırılmasının nəticəsidir. Bu istiqamətdə onların apardığı yalan tarixdir ki, bunu da onlar bacarırlar. Təəssüflər olsun ki, bəzi hallarda həyata keçirə bilirlər. Nəinki, Naxçıvan, Qarabağ, Ermənistanın özü belə Azərbaycan ərazisi olub. Yaxın tarixdən də bəllidir ki, hansı hallarda və hansı şərtlərlə Azərbaycan ərazilərindən ümumiyyətlə, Ermənistan yaradılıb. Rusiyalı millər vəkili Slutski Ermənistana getdi və orada ölkəmizə qarşı qərəzli fikirlər səsləndirdi. Daha sonra isə o Rusiyaya gedib səfirliyimizdə dedi ki, o cür fikirlər səsləndirməyib. Bu da o deməkdir ki, istənilən halda Ermənistanın siyasəti yalan, ifşa üzərində qurulub. Həmişə deyilir və açılır. 
 
- Ermənistan qardaş Türkiyəyə də təzyiqlər göstərir. Bir neçə gün öncə ermənistanlı millət vəkili Zaurni Posdanjiyan deyib ki, Türkiyədə tarixi Ermənistan torpaqları var və bunun qaytarılması üçün Türkiyə addımlar atmalıdır. Sizcə onlar bu cür yalanları sərhədləri açılması üçün təzyiq xatirinəmi edirlər?
 
- Xeyr, bu onunla bağlı deyil. Bu yenə də, uydurma bir düşüncədir. Ermənistan heç bir zaman nə Azərbaycana, nə də Türkiyəyə rəqib ola bilməz. Ermənistan bu dəqiqə iflas içindədir. Ermənistanın hər hansı bir millət vəkilinin bu cür deməsi onun şüursuzluğundan irəli gələn məsələdir. 
O ki, qaldı sərhədlərin açılmasına, heç bir zaman bu baş verməyəcək. Çünki Türkiyənin prezidenti, baş naziri, TBMM-in rəhbərləri, deputatları biz orada ezamiyyətdə olarkən birmənalı olaraq, söyləyiblər ki, əgər Azərbaycanın ərazi bütövlüyü təmin olunmasa heç bir zaman bu sərhədlər açılmayacaq. Mən inanıram ki, bu belə də olacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin