“Bizdə iqtidarla müxalifət bir medalın iki üzüdür”x9d

Hazırda oxunan: “Bizdə iqtidarla müxalifət bir medalın iki üzüdür”x9d

74132
- Aslan müəllim, Azərbaycanda insan haqları necə qorunur?

”“ Qanunvericilik baxımından Azərbaycanda insan haqlarının qorunması üçün hər şey var. Qanunları bilməyən və ya qanun pozuntularını ört-basdır etmək istəyən insanlar bu sahədə boşluq olduğunu iddia edirlər, amma bu, əsla belə deyil. Mənim fikrimcə, Azərbaycanda insan haqları bütün sahələrdə pozulur, çünki “insan haqqı”x9d deyilən bir anlayış burada  xırda bir zümrəyə məxsusdu. Mən özüm 26 ildir ki, vəkil fəaliyyəti ilə məşğulam və haqlarımın pozulmadığı gün olmayıb. Ancaq tənqidi fikirlərimə görə ikinci dəfə məni vəkillikdən xaric etdilər. Müstəqil məhkəmə də olmadığından nə isə etmək mümkünsüzdür. Məntiqi, azad düşüncə anlayışı olan dürüst insanlar Azərbaycandan qaçır. Ona görə ki, bu ölkədə dürüst yolla pul qazanmaq mümkün deyil. Əgər qazanırsansa, nə vaxtsa əlindən alınacaq. Azərbaycanda elə bir sistem qurulub ki, hər kəs isər-istəməz qanunu pozur, sonda bu, insan haqlarının pozulmasına səbəb olur. Azərbaycanda insan daim təhlükədədir, ya azadlığını əlindən ala bilərlər, ya canını, ya da malını.

- Siyası məhbuslarla bağlı fikirlərinizi bilmək maraqlı olardı. İmzalanan əfv sərəncamları sizi qane edirmi?

”“ İmzalanan əfv sərəncamlarının hamısı “dekorasiya”x9d xarakteri daşıyır. Cavan, mübariz  bir gənci “sındırıb”x9d azadlığa buraxmaq əfv sərəncamı deyil.

- Azərbaycan iqtidarı və müxalifəti, bu iki cəbhəni necə qiymətləndirirsiz?

”“ Bizdə necə iqtidar varsa, ona da oxşayan müxalifət var, bir medalın iki üzüdür. 93-cü ildən bu günə kimi Azərbaycan müxalifətini iqtidar özü formalaşdırıb. Buna baxmayaraq müxalifət partiyalarında minlərlə səmimi, parlaq mübarizəyə inanan insan var. Azəbaycan müxalifətinin ən böyük cinayəti də həmin insanları səmimi mübarizədən iyrəndirməkdir. İnsanlar əmin deyillər ki, sabah onların mübarizəsinin nəticəsi bir-iki mandata satılmayacaq. Bu gün keçirilən mitinqlərə 3-5 min adamın yığılmasının səbəbi də budur. Halbuki Azərbaycanda on minlərlə narazı insan var. Bunun digər bir səbəbi də birbaşa iqtidarla bağlıdır, çünki mitinqə gedən insan bilir ki, sabah onun adını DİN və ya MTN qeydə alıb, biznesini, ailəsini araşdıracaq, təzyiqlər göstərəcək.
Camaatın başı ucuz verilişlərlə, şoularla qarışıb

- Azərbaycanda müstəqil mətbuat formalaşıbmı? Ümumiyyətlə, mətbuatımızın hazırkı vəziyyəti sizi qane edirmi?

”“ Azərbacan mətbuatı da digər sahələr kimi Azərbaycan iqtidarının nəzarətindədir. Telekanallarda, radiolarda, ümumilikdə, KİV-də hazırkı vəziyyət iqtidarın qazancına yönəlib və Azərbaycan xalqını siyasətdən, iqtisadiyyatdan uzaq saxlayıb camaatın başını ucuz verilişlərlə, şoularla qatmağa yönəlib. Başı belə verilişlərlə doldurulan vətəndaş vətənin talan olması, insan haqlarının pozulması ilə maraqlanmır. Efirdə ya falçılardı, ya şoumenlərdi, ya da heç bir mahiyyət daşımayan biabırçı verilişlərdir. Bu, hakimiyyətin yeritdiyi siyasətdir. Azəbaycan mediası da bu siyasətin bir hissəsidir.

- Sizin fikrinizcə, Azərbaycanda korrupsiyanın qarşısını almaq niyə bu qədər çətindir?

”“ Azərbaycan bütünlüklə korrupsiyanın içindədir, çünki idarəetmə sistemi korrupsiya üzərində qurulub. Azərbaycan hakimiyyəti istəsə, korrupsiyanı bir həftə ərzində yığışdırar, amma bu zaman insanlar müstəqil olar və onları hakimiyyətdən qanuni idarə etmə tələb edərlər, hakimiyyəti özləri formalaşdırarlar. Ona görə də hər bir Azərbaycan vətəndaşı hansısa formada cinayət törətməyə sövq edilir ki, gözükölgəli olsun, etiraz səsini ucalda bilməsin.

- Bir qədər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə münasibətinizdən danışmağınızı rica edirəm. Gürcü xalqı layiq olduğu dəyəri Saakaşviliyə verə bildimi?

”“ Tək Mixail Saakaşvili yox, onun islahatlar həyata keçirən komandasının əksər üzvlərini şəxsən tanımışam, bir yerdə oxumuşuq, cürbəcür tədbirlərdə iştirak etmişik. Bu mövzuda danışmaq istəmirəm. Ümumiyyətlə, belə bir deyim var: “Öz Vətənində peyğəmbər olmur”x9d. Mən əminəm ki, bizdə də Saakaşvili kimi bir insan olanda, ona da eyni münasibəti göstərəcəklər. Mənim üçün gürcü xalqı nə qədər yaşayacaqsa, Saakaşvili də o qədər yaşayacaq. Ona görə ki, Saakaşvili cinayətkar bir hakimiyyəti normal demokratik bir dövlətə çevirdi və hakimiyyətdən sui-istifadə etmədən getdi. Hərçənd ki, hakimiyyətindən cüzi istifafdə etsəydi, vəzifədə qalardı. O isə bunu etmədi. Elə ona görə də, əminəm ki, Saakaşvili yenidən hakimiyyətə qayıdacaq.

- Mehman Hüseynovun çəkdiyi süjet və buna ictimaiyyətin münasibəti, məsələn, onun “ANS”x9d telekanalına dəvət olunması, verilişdə səsinin tez-tez kəsilməsi, bu olayın bəlkə də problemdən uzaqlaşdırılıb şoulaşdırılması demək deyildimi?

”“ Mən həmişə demişəm, deyəcəm də, Azərbaycan xalqının ən böyük bədbəxtçiliyi onun paxıllığındadır. Mehman Hüseynov cəmiyyət üçün çox faydalı iş görməyə qadir istedadlı bir gəncdir. “Pişiyin əli ətə çatmayanda adını iylənmiş qoyur”x9d. Mehmanın da bu işinin adını iylənmiş qoymaq istəyənlər oldu. Mehmanın kimin adamı olması və ya olmaması önəmli deyil, əsas olan onun gördüyü işdir. O cəmiyyyət üçün çox vacib bir məsələni ictimailəşdirdi. Azərbaycanda 500 minə yaxın əllil vətəndaşın yaşaması üçün heç bir şərait yoxdur. Bu gün Bakının küçələrində nəinki əlil adam, heç sağlam adam belə rahat hərəkət edə bilmir, hamı səkilərdən tullana-tullana gəzir. Əlillərin evlərindən çölə çıxmaq imkanları belə yoxdur, nəinki  küçələrdə sərbəst gəzmək. Fiziki qüsurlu vətəndaşına sahib durmayan hakimiyyət, xalq sağlam vətəndaşına da sahib çıxmaz. “ANS”x9də də çox heyif, çox heyif ki, o “ans”x9d hardan hara gəldi.

- “Azal”x9dın qiymətləri artırması və sizin bu məsələ ilə bağlı fikrlərinizi cəmiyyət həssaslıqla qarşıladı”¦

”“ Bəli, “Azal”x9dın bu millətə qarşı etdiyi biabırçılığı mən öz yazımda işıqlandırdım və facebook səhifəmdə paylaşdım. Bu vaxta kimi səhifəmdə ən çox şərh yazılan, ən çox paylaşılan, ən çox bəyənilən yazı da bu oldu. Çünki bu millətdə Cahangir Əsgərov və onun qurduğu sistemə qaşrı böyük nifrət var. Bəs nəticəsi nə oldu? Əvəzində dünən daha bir türk şirkətinin avia xəttini bağladılar. Bu o deməkdir ki, Cahangir Əsgərov bu xalqı saymır, bu xalqı tapdalayır, bu xalqa tüpürür. Əgər Azərbaycanda ictimai rəy nəzərə alınsaydı, ən azından Cahangir Əsgərov işdən çıxarılmalı idi. Normalda isə çoxdan həbsə atılmalı idi.
Dünya uçuruma gedir

- Sonda fikirlərinizi necə yekunlaşdırmaq istərdiniz?

”“ Hazırda dünyada vəziyyət son dərəcə gərgindi, bunun da hamısının kökündə ədalətsizlik dayanır. 20 il bundan əvvəl dünyada belə ədalətsizliklər yox idi. Beynəlxalq qanunlara belə etinasız yanaşmırdılar. Bunun nəticəsidir ki, dünya uçuruma gedir. Ədalətsizlik olan yerdə heç vaxt hüzur olmayacaq, ona görə də həm Azərbaycandakı, həm də bütün dünyadakı insanları ədalətli olmağa çağırıram. Başqalarının uğurlarına sevinin, özünüzə arzuladığınızı başqalarına da arzulayın, heç kimin haqqını yeməyin. Dünayanı xilas edəcək qüvvə ancaq insanların ədalətli olmasıdır. Mən ölkəmdə istənilən inqilabın əleyhinəyəm, amma vəziyyət bu cür də davam edə bilməz”¦

Aim.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin