Bir müddət əvvəl mətbuat vasitəsilə ölkə başçısına, Ədliyyə nazirinə və digər rəhbər şəxslərə müraciət edən ixtiraçı alim Nizami Məmmədov mülkiyyət hüququnun qəsb edildiyini bildirmiş, onların bu məsələyə müdaxilə etməsini arzulamışdı. Həmin müraciətin üzərindən xeyli zaman keçib. Görəsən, dövlət yetkililərinin bu müraciətə cavabı necə olub?
Bu suala aydınlıq gətirmək üçün ixtiraçı alimlə görüşdük. Nizami müəllimlə söhbətimizi Moderator.az oxucularına təqdim edirik. İxtiraçı alimin ilk sualımıza cavabı belə oldu:
-Təəssüf ki, hələ
də müraciətimə cavab verən olmayıb. Ümumiyyətlə, vətəndaş sorğularına dövlət
yetkililərinin etinasız yanaşması yaxşı hal deyil. Dövlət adamları vətəndaşa
xidmət etmək, onların problemlərini həll etmək üçün vardırlar. Hüququ məmurlar
tərəfindən pozulan, məhkəmələr tərəfindən göz ardı edilən vətəndaş nə etməlidir?
Bu ölkədə öz hüququnu bərpa etmək mexanizmi nədir? Bir tərəfdən kiçik məmurların
özbaşınalığı, digər tərəfdən dövlət yetkililərinin bu özbaşınalığa biganəliyi Azərbaycan
üçün yaxşı heç nə vəd etmir. Sanki vətəndaşlar öz hüquqlarını bərpa etmək üçün
qeyri-qanuni hərəkətlər etməyə təşviq olunur. Halbuki dövlətin təyinatı məhz bu
halların qarşısını almaqdan ibarətdir. Dövlət mexanizmi isə öz təyinatı üzrə hərəkət
etmir.
-Sizcə, vətəndaşın
şikayətlərinə biganəlik, hüquqlarının pozulmasına yaradılan şərait bizə nə vəd
edir?
-Bilirsinizmi,
insanlıq tarixinə nəzərə salanda bütün müharibələrin mülkiyyət üzərində baş
verdiyini görürük. Bu gün də müharibələrin əsas səbəbi mülkiyyətlə bağlıdır. Din fərqliliyi, etnik ayrıseçkilik və bu kimi
digər amillər sadəcə həmin müharibələrin bəhanəsi olub. İnsan oğlunu
bir-birinin qanına susamasına təşviq edən başlıca məsələ mülkiyyətə sahib olmaq
duyğusudur. O, ya başqasının mülkiyyətinə göz dikdiyi, ya da öz mülkiyyətini
qorumaq üçün savaşıb. Demək istəyirəm ki, insan oğlu öz mülkiyyəti uğrunda hər şeyə getməyə qadirdir.
Dövlət də məhz bu mübahisələrin qarşısını almaq, sosial münasibətləri tənzimləmək
üçün yaradılıb. Qanunlar ona görə kəşf olunub. Dövlət insanın əsas maddi
varlığı olan mülkiyyət toxunulmazlığına təminat verməlidir. Əks təqdirdə cəmiyyət
bir çox sosial bəlaların girdabına düşə bilər. Nəticədə ölkədə var olan
stabilliklər pozular, birgə yaşayışın təməli olan qanunvericilik sistemi tənəzzülə
uğrayar. Bütün dövlətlərin, hətta qüdrətli imperiyaların çöküşü məhz bununla
başlayıb. Təsadüfi deyil ki, Atatürk bunları nəzərə alıb deyib: - “Ədalət
mülkün təməlidir”x9d. Yəni, bütün siyasi sistemlərin mövcudluğu vətəndaşın öz dövlətinin
ədalətinə inanışına söykənir.
- Nizami bəy, bu
gün bütün dövlət yetkililəri ölkəmizin siyasi xarakterindən danışanda bildirirlər
ki, bizdə hüququn aliliyi mövcuddur, vətəndaş hüquq və azadlıqları tam mənasilə
təmin olunub. Siz isə adi bir mülkiyyət hüququnuzu bərpa edə bilmirsiniz. Yəqin
ki, sizin kimi eyni vəziyyətlə üzləşən minlərlə insan var. Elədirsə, ölkəmizdə
hansı azadlıqlar var?
-Məsələ
burasındadır ki, bütün hüquq və azadlıqların təməlində mülkiyyət toxunulmazlığı
dayanır. Bütün hüquqlar mülkiyyət toxunulmazlığını daha yaxşı təmin etməyə xidmət
edir. İnsanın mülkiyyəti zorla əlindən alınırsa və o, öz haqqını bərpa edə
bilmirsə, daha hansı hüquqdan söhbət gedə bilər? Siyasi mahiyyətindən asılı
olmayaraq bütün dövlətlər mülkiyyətin toxunulmazlığı prinsipinə hörmətlə
yanaşıb. Çünki dövlətin özünün mövcudluğu elə bunu qorumaq üçündür.
-Doğrudan da elədir.
Çar Rusiyası imperiya idi. Monarxist bir quruluşa sahib idi. Çar istədiyi hər
şeyi təbəələrinin əlindən ala bilərdi. Amma onun Azərbaycan kimi müstəmləkəsində
milyonerlər ortaya çıxmışdı. Həyətindən neft çıxan istənilən təbəə birdən-birə
milyoner olurdu. Çar isə bütün imkanlarına baxmayaraq o mülkiyyəti təbəələrinin
əlindən almırdı. İndisə sizin kimi tanınmış, siyasi çevrələrdə əlaqələri olan
bir alim öz mülkiyyətini qoruya bilmir...
-Biz bəzən monarxiyayla, diktaturayla, avtoritarizmi
qarışdırırıq. Monarxiya, diktatura özbaşınalıq, anarxiya demək deyil.
Monarxiyada dövlət yetkisinin başqasına ötürülməsinin şəkli önəmlidir.
Diktatura idarəetmənin bir formasıdır. Onların hər biri cəmiyyətin dəyərlərinə
sayqıyla yanaşıb, hər kəsin təməl, fundamental hüquqlarını qoruyub. Ümumiyyətlə
dövlət adı daşıyan bütün siyasi sistemlər fundamental azadlıqlara önəm verib.
Monarxiyada monarx tam mənasıyla külli-ixtiyar sahibi deyildi. O, başqalarının
mülkiyyət hüquqlarına hörmət etməsəydi, öz mülkiyyətinin taleyi də şübhə altına
düşərdi. Bayaq dediyim kimi mülkiyyətə, fundamental azadlıqlara münasibət əslində
dövlətin davamlılığını təmin edən başlıca amildir. Vətəndaşın fundamental
hüquqlarına sayqı göstərilməyən yerdə onun dövlətə duyduğu ehtiyac aradan
qalxır. Hər şeyi öz gücüylə həll etməyə çalışır. Beləcə, dövlət sisteminin özü
dağılır. Ona görə də dövlətin əsl sahibləri hüquq və azadlıqların təminat
altına alınmasında maraqlı olurlar. Bu gün də əslində Azərbaycanda ortaya çıxan
ən böyük problem dövlətin məsələlərə münasibətinin qeyri-müəyyənliyidir.
Monarxiyalarda, diktaruralarda dövlət qanun hazırlayaraq hadisələrə öz münasibətini
ortaya qoyurdu. Vətəndaşlar da bu qanunları bilir, öz addımını ona görə
atırdılar. Bu gün Azərbaycan hakimiyyəti də qanunlarıyla hadisələrə öz münasibətini
elan etməlidir ki, vətəndaş da buna görə atacağı addımı bilsin. Qanunlar başqa,
məmumrlar başqa şey deməməlidir. Buyursunlar, ya qanunda yazsınlar ki, icra
hakimiyyəti istədiyi adamı aladada, pulunu, mülkiyyətini əlindən ala bilər, ya
da qanunən vətəndaşa verilmiş hüquqları təmin etsinlər. Nə yazıq ki, bu gün Azərbaycan
SSRİ-dən qalma ənənələrlə idarə olunur. Qanunlar kağız üzərində qalır. Bu da nəticə
etibarilə xoşagəlməz halların yaranmasına səbəb olur. Azərbaycan qanunları vətəndaşlara
hər cür hüquqların verildiyini iddia edir. Bunun kağız üzərində qaldığını sübut
etmək üçün uzun araşdırmalara ehtiyac yoxdur. Vətəndaşların mülkiyyət
hüquqlarının nə dərəcədə təmin olunduğun nəzər salmaq kifayətdir. Nə qədər ki,
bu ölkədə mülkiyyət toxunulmaz deyil, heç bir hüquq və azadlıqdan söhbət gedə
bilməz.
-Hakimiyyət
yetkililərinə yazdığınız məktubların, etdiyiniz müraciətlərin cavabsız
qalacağını güman edirdinizmi?
-Açığını desəm,
etmirdim. Bu gün də inanıram ki, müraciətlərim öz nəticəsini verəcək. Mən kiçik
məmurlarımızın bəzi özbaşınalıqları dövlət yetkililərindən xəbərsiz etdiklərinə
inanmaq istəyirəm. Bilirsinizmi, bu gün biz dünya dövlətlərini Qarabağ məsələsinə
ikili standartlarla yanaşmaqda ittiham edirik. Haqlı olaraq qeyd edirik ki, Ermənistan
Azərbaycan torpaqlarını işğal edib və niyə dünya birliyi bu hadisəyə biganə
yanaşır? Mahiyyət etibarilə mənim başıma gələnlər də eyni xarakterdədir. İcra
hakimiyyətinin bəzi məmurları ölkədə yoxluğumdan istifadə edib torpağımı 3 yerə
bölərək satıb. Mən də bu barədə hakimiyyət təmsilçilərini xəbərdar edirəm. Vətəndaşın
mülkiyyət toxunulmazlığına barmaqarası baxan, onun mülkiyyətini qəsb edən icra
nümayəndəsinin erməni separatçılarından nə fərqi var? Niyə bu məsələyə ikili
standartlarla yanaşırsınız? Axı icra hakimiyyətinin nümayəndələri sizin yerlərdəki
təmsilçiləriniz, iradənizdir. Onların atdıqları addımlar sizin adınıza yazılır.
Bu özbaşınalığın qarşısını alın!
-Bu gün dövlət məmurlarının
əksəriyyəti mülkiyyət sahibləridir. Mülkiyyətin toxunulmazlığı prinsipi ilk
növbədə onların da marağına uyğundur. O zaman hakim dairələr niyə bu hüququn təmin
olunması ənənəsinin yaranmasında maraqlı deyillər?
-Mülkiyyət
toxunulmazlığını hakimiyyət təmin edir. Amma mülkiyyət özlərinin olanda.
Halbuki bu prinsip bütün vətəndaşlara şamil olunmalıdır. Bu zaman dövlətimiz də
inkişaf edər, dünya birliyində öz layiq olduğu yeri alar. Bu gün bəzi məqamlarda
haqlı olaraq barmaq silkələdiyimiz ABŞ-ı ABŞ edən mülkiyyət hüququna və digər
fundametal azadlıqlara göstərdiyi sayqıdır. Bu dövlətin təməl prinsipləri məhz
bu əsaslara söykəndiyi üçün o, dünyanın ağasına çevrilib. Azərbaycan da bəzi məsələlərdə
ondan dərslər almalıdır.
-Son zamanlar
dünya bazarında neftin qiymətinin düşməsiylə ölkəmiz yeni bir mərhələyə sürüklənir.
Artıq büdcəmizə əvvəlki kimi neft pulları axmayacaq. Hakimiyyət alternativ
iqtisadi sahələr fikirləşməlidir. Bunun üçün isə ilk növbədə mülkiyyətə münasibəti
dəyişməlidir ki, ölkə iqtisadiyyatı inkişaf etsin. Sizcə, hökumət yeni mərhələdə
arzuladığınız mülkiyyət toxulmazlığını təmin edəcəkmi?
-Sözsüz ki, neftin
qiymətinin aşağı düşməsi tək bizim məkanda deyil, dünyada yeni bir mərhələnin
başlanmasını tələb edir. Azərbaycanın neft istehsalı da ildən ilə azalır. İndi
ölkəyə xarici kapitalın cəlb olunmasının yeni yolları axtarılmalıdır. Azərbaycandakı
siyasi-iqtisadi şərait isə investisya mühiti üçün uyğun deyil. Öz vətəndaşının
mülkiyyətinin toxunulmazlığını tanımayan bir dövlət başqalarının mülkiyyətinə
necə baxa bilər? Fikrimcə, yeni iqtisadi
mühit üçün bir çox islahatlar aparılmalıdır. İlk islahat isə mülkiyyət
toxunulmazlığına münasibətdən başlamalıdır. Bu zamana kimi neft gəlirləri kifayət
qədər ölkə ehtiyaclarını təmin edirdi. Ona görə də qeyri-neft sektorlarının
inkişafına barmaqarası baxılırdı. Yüngül sənaye ümumiyyətlə inkişaf etdirilmədi.
Ərzaq sənayesi qismən inkişaf edib. Dövlət məmurları korrupsiyaya bulaşmaq nəticəsində
daha rahat qazanc əldə edə bilirdilər. İndi korrupsiya siyasətinin davam
etdirilməsi sadə vətəndaşları daha çox müflisləşdirə bilər. Bu da nəticə
etibarilə sosial narazılıqlara zəmin hazırlayır. Köklü, ardıcıl və
planlaşdırılmış islahatlar aparılmalıdır.
-Hansı islahatları nəzərədə tutursunuz?
-İlk növbədə ölkədə
azad iqtisadi rəqabət şəraiti yaradılmalıdır. Ölkə iqtisadiyyatı bir ovuc
monopolistin əlindədirsə və bu monopolistlər birbaşa dövlətin idarəetmə
orqanlarıyla əlaqədardırlarsa, ölkənin idarə olunması onların intellektual səviyyəsindın
asılıdırsa bu prinsip birmənalı şəkildə pozulur. Azad iqtisadi rəqabət orta və
xırda burjaziyanın inkişafı üçün hüquqi-iqtisadi şərait yaratmaqdan keçir. Orta
təbəqənin inkişafı ölkədə 30%-dən artıq olmalıdır ki, cəmiyyətimizdəki sosial
uçurum aradan qalxsın. Bu istənilən ölkənin siyasi stabilliyinin qarantıdır.
Sosial təbəqələr arasında amortazasiya rolunu oynayır.
- Azərbaycan hakimiyyətinin də öz məntiqinə
görə, orta təbəqəsi var. Bu, mütəlif idarələrdə işləyən xırda məmurlardır. Korrupsiyadan
onlara da pay düşdüyündən piz yaşamırlar da. Yəqin ki, sayları 30%-i də keçər.
Sizin bu məsələyə münasibətiniz necədir?
(ardı var)



























































































