“Bizdə neft az olanda, demokratiya daha çox olur”x9d

Hazırda oxunan: “Bizdə neft az olanda, demokratiya daha çox olur”x9d

111998

“Siyasi rəhbərlik hər şeydən öncə psixoloji olaraq islahatlar keçirməyə hazır deyil”x9d

 

“Turan”x9d İnformasiya Agentliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

 

-Mehman bəy, son vaxtlar İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişikliklər edilməkdədir və bütün bu dəyişikliklərin əksəriyyəti müxtəlif məsələlərlə bağlı cərimələrin artırılmasını nəzərdə tutur. Sizcə cərimələrin on dəfələrlə artırılması nə ilə bağlıdır?

 

-Hesab edirəm ki, baş verənlər manatın devalvasiyası ilə bağlıdır. Yəni qarşıdakı günlərdə manatın devalvasiyası gözlənilir. Bütün bu cərimələrin artırılması devalvasiya hazırlığı kimi qiymətləndirilməlidir. Yəni hakimiyyət əvvəlcədən belə bir addım atır ki, sabah manatın növbəti devalvasiyası baş verəndə cərimələr normal bir səviyyədə qərarlaşsın.

 

-Necə hesab edirsiniz, sizcə onsuz da ağır vəziyyətdə yaşayan xalq bu cərimələri qarşılamaq iqtidarındadırmı? Bu yolla dövlət büdcəsini doldurmaq, devalvasiyanın nəticələrini qismən də olsa azaltmaq mümkün olacaqmı?

 

-Əlbəttə ki, bununla nəyəsə nail olmaq mümkün deyil. Məsələ bundadır ki, biz bir il, hətta bir ildən də çox vaxt itirdik. Çünki neftin qiyməti aşağı düşəndən biz hərəkə keçməli, ortaya formaaşan yeni situasiya ilə bağlı yeni bir strategiya qoymalı idi. Hakimiyyətin “Azərbaycan-2020-ci il”x9d strategiyası iflasa uğrayıb. Bu strategiyaya yenidən baxılmalı idi. Lakin hökumət bu yeni vəziyyətlə bağlı ortaya böhran proqramı çıxartmadı. İndi isə problemi inzibati, administrativ üsullarla aradan qaldırmağa çalışırlar ki, bu yolla nəyəsə nail olmaq mümkün deyil. Məsələn, son vaxtlar yol polisləri ilə bağlı maraqlı bir tendensiya müşahidə edilməkdədir. Əvəllər yol polisi küçələrdə o qədər də çox görünmürdü. Indi isə hər tində, hər dalanda yol polislərini görmək mümkündür. Onlar mümkün qədər çox vətəndaşı cərimələməyə çalışır. Onların vətəndaşların mümkün qədər çox cərimələməsində maraqları da var. Çünki bundan həm onlara faiz gəlir, həm də dövlət büdcəsinə vəsait axır. Bu tendensiya şəhərin mərkəzində müşahidə edilir və açıq şəkildə diqqət çəkir. Bu yolla isə nəyəsə nail olmaq, hansısa uğur əldə etmək mümkün deyil.

 

-Sizcə mövcud vəziyyət təcili və əsaslı islahatar aparmağı zəruri etmirmi?

 

-Təbii ki, islahatlar proqramı hazırlanmalı və ortalığa qoyulmalıdır. Ola bilsin ki, hakimiyyət bu gün möcüzəyə ümid edir. Hesab edir ki, birdən-birə nə isə dəyişəcək. Birdən-birə neftin qiyməti qalxacaq və ya nə isə başqa bir şey olacaq. Hakimiyyət vəziyyətin ağırlığını görsə də, islahatlara getmək istəmir. Mən deyərdim ki, ilk öncə psixoloji olaraq hakimiyyət islahatlara hazır deyil.

 

-Mehman bəy, dünya bazarında neftin qiyməti düşməkdə davam edir. Sizcə məlum tendensiyanın bu şəkildə davam etməsi ölkədə iqtisadi-sosial vəziyyəti gərginləşdirməklə yanaşı, vətəndaşların daha ciddi narazılığına səbəb olacaqmı?

 

-Əlbəttə olacaq. İnsanların dözümü də bir yerə qədərdir. Insanlar özlərini, ailələrini dolandırmalı, onların ehtiyaclarını təmin etməlidir. Neftin qiymətinin aşağı düşməsi insanların yaşam səviyyəsini daha da aşağı salacaq ki, bu da onların narazılığını artıracaq. Bu mümkün deyil ki, siz insanların həyatını ağırlaşdırasınız, onlar da susub qalsınlar. Varlı adamlar öz bağlarında, villalarında, malikanələrində əyləşiblər. Onlar özlərini xalqdan o qədər ayrı salıblar ki, xalqın, sadə vətəndaşların ağrılarını, problemlərini duya bilmirlər. Onlar özləri üçün ayrıca bir dünya yaradıblar və bu dünyada yaşayırlar. Buna görə də xalqın problemlərini anlamırlar. Hesab edirəm ki, xalqın durumunun pisləşməsi davam edərsə, o zaman narazılıq da buna müvafiq şəkildə artacaq. Nardaran hadisələri, orada baş verən olaylar bu problemin indikatoru, göstəricisidir. Nardaran hadisələri göstərdi ki, artıq belə bir problem var və öz həllini gözləyir.

 

-Sizcə müxalifət baş verən hadisələrdən hakimiyyətin ifşası, geniş xalq kütlələri qarşısında nüfuz qazanmaq məqsədi ilə istifadə edirmi və ya etməlidirmi?

 

-Mənə elə gəlir ki, müxalifət o qədər də bu proseslərdən yararlanmır. Ölkədə sosial-iqtisadi gərginlik getdikcə artır. Bu isə toplumun, geniş xalq kütlələrinin maraqlarına toxunur. Belə olarsa, o zaman iqtidar-müxalifət problemi deyil, xalq-hakimiyyət problemi meydana çıxacaq. Belə olan halda isə müxalifətin hakimiyyət-xalq münasibətlərində hansısa qıcıqlandırıcı mövqe tutmasına ehtiyac yoxdur. Bu proses onsuz da gedir. Müxalifət müxalifət olaraq öz proqramını, öz təkliflərini ortaya qoymalıdır. Müxalifət anti-böhran proqramını ortaya qoymalı, bu istiqamətdə ciddi iş aparmalıdır. Xalqa artenativ olaraq çıxış yolları göstərməli, təkliflər səsləndirməlidir.

 

-Bu günlərdə MTN ləğv edildi və onun bazası əsasında iki xidmət sahəsi yaradıldı. Sizcə Azərbaycn kimi kiçik bir dövlətdə çoxlu sayda nazirliklərin, komitələrin, xidmətlərin yaradılması nə dərəcədə məqsədəuyğundur?

 

-Məsələ ondadır ki, qeyd etdiyiniz kimi, Azərbaycan kiçik bir dövlətdir. Bu səbəbdən burada ilk növbədə generalların sayının azaldılmasına ehtiyac var. Hüquq-mühafizə orqanlarına məxsus ordunu da kiçiltmək, onların sayını azaltmaq lazımdır. Amma ayrı-ayrı orqanların yaradılması isə normaldır. Çünki belə olanda cinayətkarlardan ibarət böyük bri təbəqənin formalaşması ehtimalı az olur. Səudiyyə Ərəbistanı elə də böyük dövlət deyil.  Biz Məkkədə olarkən bu ölkənin təhlükəsizlik sistemi ilə tanış olurduq. Orada şübhəli şəxslərin şəkli çəkilir və bu şəkil 12 müxtəlif nazirliyə göndərilirdi. Bir informasiya 12 nazirlik tərəfindən təhlil edilirdi. Səudiyyə Ərəbistanı elə də böyük dövlət olmasa da, onda bu cür etibarlı təhlükəsizlik sistemi var. Bu baxımdan hesab edirəm ki, MTN-lə bağlı məlum dəyişiklik normaldır.

 

-Mehman bəy, 2016-cı illə bağlı gözləntiləriniz nədən ibarətdir? Sizcə demokratiya və insan haqları ilə bağlı vəziyyətin qismən də olsa yaxşılaşmasına şahid olmaq mümkün olacaqmı?

 

-Nə vaxt ki, bizim neft ölkəsi kimi stausumuz arxa plana keçəcək, demokratiya bizə bir qədər də yaxınlaşacaq. 90-cı illərin təcrübəsi də göstərir ki, bizdə neft az olanda demokratiya daha çox olur. Dünya dövlətlərinin timsalında da belə təcrübə var. Harda ki, neft yoxdur, orada demokratiya daha çoxdur.

 

Seymur Əliyev

 

 

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin