Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

642561

2025-ci ildə qəbul edilən dövlət standartlarının sayı 9,6 faiz artıb. Təkcə cari ilin ilk 9 ayı ərzində 620 yeni dövlət standartı qəbul olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaa Gününə həsr olunmuş media təlimində çıxışında bildirib.

O qeyd edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.
 

“Qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 68-i qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edir.


Növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın tələbatına uyğunlaşdırılması, sahibkarlıq subyektləri üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin təşviqi də diqqət mərkəzində saxlanılacaq. Bu istiqamətdə standartların istehsalatda, xidmət sektorunda və idarəetmə proseslərində tətbiqinin yaratdığı imkanların genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin