Odlar Yurdunun cazı Skandinaviya işıqları altında - VİDEO

Hazırda oxunan: Odlar Yurdunun cazı Skandinaviya işıqları altında - VİDEO

615950

Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov Oslo şəhərində yerləşən "Konserthus" salonunda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir zamanı tanınmış musiqiçilər Tural Rafael və Ələfsər Rəhimovun rəhbərlik etdiyi caz kvartetinin konsertinin tam videosunu "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, diplomat paylaşımında "Odlar Yurdunun cazı Skandinaviya işıqları altında" sözlərini yazıb.

Qeyd edək k, Azərbaycan cazının milli musiqi elementləri ilə müasir improvizasiya ənənələrini birləşdirən ifalar qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin