VI Türk Dünyası ədəbiyyat və kitab festivalı çərçivəsində “Gül dəftəri” adlı ədəbi məclisdə görkəmli şairə Xurşidbanu Natəvanın əziz xatirəsi yad edilib.
Bizim.Media xəbər verir ki, moderator Narıngül Nadir onun Azərbaycan ədəbiyyatındakı yerindən danışıb.
MÖVZU İLƏ BAĞLI:.
“Yaşa Azərbaycan” mahnısının sözlərinin müəllifi oxucuları ilə görüşdü – FOTO
Daha sonra Lütviyyə Əsgərzadə, Xatirə Rəhimbəyli, Aytən Qurbanova, Sevinc Yunuslu, Kəmalə Səlim, Gülnaz Hacıyeva tədbirdə çıxış edərək şeirlər səsləndirib.
Xatırladaq ki, paytaxtda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mədəniyyət hadisəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam Mühafizə" şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media



































































































