VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci (sonuncu) günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar birliyi və Azərbaycan Jurnalistlər birliyinin üzvü, şair-publisist Zərəngiz Dəmirçi Qayalının oxucularla görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, 8 kitab, 50 poema, 1000-dən çox şeir müəllifi olan Zərəngiz Dəmirçi qayalı kitablarını oxucuları üçün imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Kitab Festivalında yazıçı Nazim Hüseynli ilə imza günü keçirildi - FOTO
O, 30 noyabr 2025-ci ildə Şimali Amerika Yazarlar Birliyinə üzv seçilməsi haqqında məlumat verib:
“Nyuyorkda keçirilən “Mark Tven Teatr Festivalı”nda “Cavab ver” poemam səhnləşidirilən “Xocalı”tamaşası online nümayiş olunub. Bu da 3 nominasiya üzrə birinci yeri qazanıb. Bundan sonra “Şimali Amerika Yazarlar Birliyi”nə üzv olmağım reallaşıb”.
Xatırladaq ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.



Naibə Məmmədova, İntiqam Məmmədov, Bizim.Media


































































































