Şair-yazıçı Sahib Camalın kitabları maraqla qarşılandı - FOTO

Hazırda oxunan: Şair-yazıçı Sahib Camalın kitabları maraqla qarşılandı - FOTO

615241

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı şair-yazıçı Sahib Camal oxucuları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, S.Camal “Vətənimdir mənim baş qəhrəmanım", “Göy yıxıldı göydən yerə", "Qaldır kirpiyini gözünü görüm", Mən dərdimi sevirəm", “Bayram yolu" şeirlər kitabının, "Qaçaq Şamil" mənzum romanının, “Gökler, kırmızılar ve yeşil için" adlı türkcə vətənpərvərlik kitablarının təqdimatını keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qocaman hüquqşünas İkram Kərimovun həyat yolu kitab səhifələrində -FOTO


Qeyd edək ki, Sahib Camal 20.12.1958-ci ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olub. Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışan S.Camal 1975-ci ildən dövri mətbuatda çıxış etməyə başlayıb.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin