Türkiyədə turist avtobusu aşıb.
Bizim.Media "Türkiye" qəzetinə istinadən xəbər verir ki, avtobus Ankaradan Çanaqqalaya gedirmiş.
Məlumata görə, naməlum səbəbdən nəqliyyat vasitəsi Çanaqqala vilayətinin Yıldıran kəndi yaxınlığında yoldan çıxaraq tarlaya aşıb.
Qəza nəticəsində 45 sərnişin və sürücü xəsarət alıb. Yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Bildirilib ki, onların vəziyyəti normaldır və həyatları üçün təhlükə yoxdur.
Bizim.Media































































































