Bəhmən Cabbaroğlu kitablarını festival iştirakçılarına hədiyyə etdi

Hazırda oxunan: Bəhmən Cabbaroğlu kitablarını festival iştirakçılarına hədiyyə etdi

615137

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü çərçivəsində Bizim.Medianın masasında şair Bəhmən Cabbaroğlu oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, müəllif festival zamanı kitablarını oxuculara ödənişsiz şəkildə hədiyyə edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Ədəbi yaddaş: Qabil və Süleyman Rüstəm poeziyası - FOTO


Bu addım iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Festival çərçivəsində şairin yeni çap olunan “Yolum payızdan keçir” kitabı oxuculara təqdim olunub. Müəllif yaradıcılığında əsasən vətənpərvərlik, qəhrəmanlıq və insan duyğularını əks etdirən mövzulara üstünlük verir. Təqdimatda onun “Bu payız da tələsir”, “Şəhid ömrü” və “Tənhalıqdan qorxmuram ki” kitabları da sərgilənib.

Qeyd edək ki, Bəhmən Cabbaroğlu “Məmməd Araz” ali ədəbi mükafatı, “Qızıl qələm” media mükafatı və “Nəsimi poeziyası” diplomu ilə təltif olunub.

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin