Elza Seyidcahan DAMM İB-nin Ekspertlər Şurasının üzvü seçilib

Hazırda oxunan: Elza Seyidcahan DAMM İB-nin Ekspertlər Şurasının üzvü seçilib

157350

Modertor.az xəbər verir ki, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin Ekspertlər Şurasının üzvü seçilib.xa0

Bu barədə əməkdar artist özü məlumat verib. O, bildirib ki, dünən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib. Genişləndirilmiş iclasda DAMM İB-nin İH üzvləri, təşkilatın rəhbər strukturlarının rəhbərləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edib.xa0



Toplantıda uğurla keçən konfransdan hazırlanmış qısa video-film nümayiş olunub. Daha sonra iclasda çıxış edən DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyəti, eyni zamanda görülən uğurlu işlər barədə geniş məlumat verib. Daha sonra İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaşöhrətli dedektiv əsərlər müəllifi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, ictimai xadimlər, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai lider Hacı Quliyev, Rəhilə Həsrətova isə vitse-prezidentlər seçiliblər.xa0



Toplantıdan sonra əməkdar artistlər Aygün Zeynalova və Elza Seyidcahan maraqlı musiqi proqramıyla çıxış ediblər.xa0



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin